RU

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib -YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, prokurorluq orqanlarının xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlığı davam etdirilir. Bunun nəticəsidir ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında baş tutan İllik Konfransı və Ümumi Yığıncağı sentyabrın 29-dan oktyabrın 2-dək paytaxt Bakı şəhərində keçiriləcək. “İki sahil” xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 28-də Heydər Əliyev Mərkəzində Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsinin 58-ci iclası baş tutub.

İclasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin prokurorluq orqanlarında davam etdirilən islahatlar, habelə Azərbaycan prokurorluğunun BPA-nın işinə verdiyi töhfə haqda məlumat verib.

Baş prokuror, həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyini bildirib, bunun dünya ölkələrinin Azərbaycana növbəti böyük etimadının və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzunun və güclü mövqeyinin göstəricisi olduğunu xüsusilə vurğulayıb. Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında İllik Konfransı və Ümumi Yığıncağının ölkəmizdə keçirilməsinin mühüm tarixi nailiyyət olduğunu vurğulayan Baş prokuror ölkəmizin Assosiasiyanın işinə gələcəkdə də önəmli töhfələr verəcəyini qeyd edib. İclasda BPA-nın gələcək strategiyası və fəaliyyəti, beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi və digər mühüm məsələlər müzakirə olunub.

Tədbirdə bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbulu, hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb.

İclasda, həmçinin bu il sentyabrın 29-dan oktyabrın 2-dək ölkəmizdə keçiriləcək Assosiasiyanın İllik Konfransı və Ümumi Yığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Yekunda Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu İllik Konfransı və Ümumi Yığıncağının Sinqapurda (Sinqapur şəhəri), 31-ci İllik Konfransı və Ümumi Yığıncağının isə Səudiyyə Ərəbistanı Krallığında (Ər-Riyad şəhəri) keçirilməsi barədə ilkin qərar qəbul olunub.

Избранный
48
10
ikisahil.az

10Источники