RU

Faciəvi şəkildə ölən Arzu bu universitetin tələbəsi imiş

Xəbər verdiyimiz kimi, Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb. 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Arzu Niftalıyeva Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə IV kurs tələbəsi imiş.

Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Избранный
55
50
milli.az

10Источники