RU

"Çelsi"nin futbolçusundan tarixi rekord

"Çelsi"nin futbolçusu Koul Palmer İngiltərə Premyer Liqasında rekorda imza atıb. 22 yaşlı yarımmüdafiəçi bu gün keçirilən "Çelsi" – "Brayton" oyununun ilk hissəsində 4 qol vurub. Matc.az xəbər verir ki, bu barədə "Opta Sport" nəşri məlumat paylaşıb. Bildirilir ki, o, İngiltərə Premyer Liqasının tarixində birinci hissədə poker edən ilk futbolçu olub. Qeyd edək ki, qarşılaşma London klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.    

Избранный
9
2
matc.az

4Источники