RU

Qriqorçuk: “Azarkeşlərə böyük borcum var, qaytarmağı fikirləşirəm”

Azərbaycan Premyer Liqasının VIII turunun “Neftçi” – “Sumqayıt” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Prinsipcə, biz qələbəyə daha yaxın idik. Amma futbolda belə şeylər olur. Necə varsa, elə də qəbul edirik.

– Növbəti turda “Neftçi” “Kəpəz”lə oynayacaq. Hər iki komanda autsayderdir. Vaxtı ilə bu iki kollektiv ölkənin ən yaxşı komandalarından idi və bu görüş derbi sayılırdı…

– Hazırda heç bir derbi haqda düşünmürəm. Bu haqda düşünmək mənasızdır. İndi yalnız qələbə haqda düşünməliyik. Bu “Neftçi” üçün çox vacibdir. Başqa heç nə haqda düşünmürük.

– Nə etmək lazımdır ki, nəticə düzəlsin?

– Stadionumuz dəyişib, buranı bəyənirəm. Oynadığımız futbola baxanda nəticələr bundan çox geri qalır. Oynumuzu yaxşılaşdırmalıyıq. Bunu da əzmkar işlə etmək olar.

– Qalib gələ bilməməyinizin əsas səbəbi nədir?

– Taktik və fiziki cəhətdən çatışmazlıqlar yoxdur. Psixoloji cəhətdən oyunçular üzərində təzyiq var. Psixoloji daha yaxşı olmalıyıq. İndi yalnız qələbə futbolçunu daha yaxşı tərəfə dəyişəcək.

– “Neftçi” tarixində bu qədər zəif başlanğıc olmayıb. Bura gələndə bunu gözə almışdız və sizdə ruh düşkünlüyü yaranır?

– “Neftçi” brenddir. Nəticələr də buna layiq olmalıdır. Təbii ki, bu haqda düşünməmişdim. Çünki düşüncəmdə gələcəkdə nələr baş verəcək haqda düşünmürəm. Komandanın səkkiz oyun qalib gələ bilməyəcəyini düşünmək çətindir.

– Emin Mahmudov zədəlidir, yoxsa heyətdə düşünmürdüz?

– Bəli, yüngül zədəsi var. Həkimlərin proqnozuna görə, gələn həfətədən məşq edəcək.

– Ümidiniz var ki, “Kəpəz” üzərində qazanılacaq qələbədən sonra “qara zolaq”dan çıxacaqsız?

– Bayaq dedim, yenə cavab verim. Min faiz əminliklə deyə bilərəm ki, qələbə qazansaq, daha yaxşı olacaq. Qələbə futbolçunu çox güclü dəyişir. Analiz edirəm, görürəm ki, qələbəsizlik futbolçularda necə təzyiq yaradır. Futbolçular kimi mənə də təsir edir. Bilmirəm fikirlərimi hansı sözlə ifadə edim. Azarkeşlərə böyük borcum var, qaytarmağı fikirləşirəm. Yaranmış vəziyyət məni çox üzür. Qazanacağımız qələbələr azarkeşlərimizə həsr olunacaq.

– “Neftçi” rəhbərliyi istəyərsə, təzminatsız çıxıb gedərsiz?

– Gəlin futbol haqda danışaq. Bu mövzular haqda daxili müzakirə edirik.

Şahin Cəfərov 

Избранный
53
14
futbolpress.az

10Источники