RU

Bu mahnı Xudayara ana südü kimi halaldır: Dillərdə dastan olan «Xudayar» təsnifi — VİDEO

Xudayar ölümündən iki gün əvvəl Əlibaba Məmmədov və Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə bəstələdiyi təsnifi ifa edərək sanki ona yeni bir nəfəs, həyat verdi. Elə bir nəfəs ki, səs, ifa, görkəm və vətənə bağlı ömrün şəhadəti “Xudayar” təsnifini hər birimizin qəlbində ömürlük əbədiləşdirdi.



Xalq artisti Mənsum İbrahimov “Vətən yaxşıdır” mahnısının “Xudayar” təsnifi adlandırılması prosesindən danışıb:



“Çox adam bilmirdi ki, bu mahnı kimindir. Əlibaba Məmmədovla bu barədə danışanda dedi ki, bu mahnı artıq xalqındır. Xudayara ana südü kimi halaldır. Əlibaba bəyin də icazəsi ilə bu mahnı artıq “Xudayar” təsnifi adı ilə dillərə dastandır”.

Избранный
99
1
ictimaimedia.az

2Источники