RU

Dünya çempionatının finalı bu stadionda keçiriləcək

2025-ci ildə klublararası dünya çempionatının final oyununun məkanı bəlli olub.

Sportal.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının həlledici oyunu Amerikanın Nyu-Cersi ştatındakı MetLife stadionunda keçiriləcək. FİFA turnirin oyunlarının keçiriləcəyi 12 stadionu təsdiqləyib. Oyunlara Nyu Cersi ilə yanaşı, Şarlotta, Sinsinnati, Los-Anceles, Mayami, Neşvil, Orlando (iki arena), Filadelfiya, Sietl, Vaşinqton və Atlanta da ev sahibliyi edəcək.

2025-ci ildə ilk dəfə 32 komandanın iştirakı ilə Klublararası Dünya Çempionatı keçiriləcək. Yarışa Avropadan 12 klub (bunlara Çempionlar Liqasının son 4 qalibi, həmçinin klublar reytinqində ən yaxşı 8 komanda daxil olacaq), Cənubi Amerikadan 6, Şimali Amerika, Afrika və Asiyadan 4 klub, Okeaniyadan 1, eləcə də ev sahibi ölkənin nümayəndəsi qatılacaq. Əsasnaməyə görə, hərəsində dörd komanda olmaqla, 8 qrupa bölünəcək. Hər bir rəqiblə bir dəfə oynayacaq. Hər kvartetdən iki ən yaxşı komanda 1/8 finala yüksələcək.

saytlarin hazirlanmasi

Избранный
10
1
sportal.az

2Источники