RU

Kriştiano Ronaldo Madriddəki hotelinə işçi axtarır

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Madriddəki hotelinə işçi axtarır.

İdman.biz xəbər verir ki, “Pestana CR7” hotelinə menecer, xadimə, nəzarətçi, qapıçı, qeydiyyatçı və ofisiant tələb olunur.

Namizədlərdən yüksək səviyyədə ingilis dili (B2 və ya C1), bəzi hallarda orta və ya ali peşə təhsili tələb olunur. Menecer vəzifəsi üçün maaş ayda 2300 (4366 manat), ofisiant vəzifəsi üçün 1300 avrodur (2468 manat).

Qeyd edək ki, işçilərə pulsuz yemək, tibbi sığorta, obyektin xidmətləri üzrə güzəştlər və ildə 50 gün məzuniyyət verilir.

İdman.biz

Избранный
5
7
idman.biz

10Источники