Müəllif:Ayşən İmanova/ Banco.az
Fransız milyarder, “LVMH” (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun prezidenti Bernard Arno Çin sayəsində bir gündə 17 milyard dollar qazanıb.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, bu, 75 yaşlı milyarderin həyatında üçüncü ən böyük bir günlük artım olub.
Məlumata görə, “LVMH” səhmləri 26 sentyabr tarixində 9,9% artaraq hər səhm üçün 678,5 avroya çatıb. Buna səbəb Çinin iqtisadiyyatı stimullaşdırmaq üçün yeni tədbirlər elan etməsi olub.
Qeyd edək ki, Asiya “LVMH”nin əsas bazarlarından biridir. 2023-cü ildə bu region holdinqin bütün satışlarının 38%-ni təşkil edib. Üstəlik, ən böyük payı çinli istehlakçılar tutub.
Hazırda Bernard Arno Bloomberg Milyarderlər İndeksinə görə dünyanın ən zəngin adamları sırasında dördüncü yerdədir. Onun sərvəti 201 milyard dollar dəyərində qiymətləndirilir.