RU

“Tesla”nın “Robotaxi” modelinin təqdimat tarixi açıqlandı

Amerikalı milyarder İlon Mask “Tesla” tərəfindən hazırlanmış sürücüsüz taksi kimi tanınan “Robotaxi”ni təqdim etməyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, İlon Mask oktyabrın 10-da Los-Ancelesdə “Tesla”nın “Robotaxi” konsept avtomobilini təqdim edəcək.

Bu hadisə iki il əvvəl Optimus robotunun prototipindən sonra ilk yeni məhsul təqdimatı olacaq.

Hollivud xaricindəki Varner Bros, studiya ərazisinin icarəyə götürüldüyü tədbirin “Tesla”nın hekayəsi üçün əsas gün olacağı düşünülür.

Sürücüsüz taksi funksiyasını yerinə yetirəcək avtomobilin indiyədək bir çox təfərrüatları məlum olub./Cebheinfo.az/

Избранный
2
2
turkustan.az

3Источники