Son yeniləmə: 30 Sentyabr 2024 07:37 BAYRAQDAR MEDİA – 27 sentyabr – Anım Günündə “Nar”ın dəstəyi, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid ailələri üçün layihə həyata keçirilib. Layihə çərçivəsində şəhid ailələrinin üzvlərininXankəndi və Şuşa şəhərlərinəiki günlük səfəribaş tutub.BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, iştirakçılar Xankəndi və Şuşa şəhərləri, burada həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olmaq imkanı əldə ediblər: “Səfər zamanı şəhid ailələrinin üzləri, həmçinin Cıdır düzünü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Şuşa qalasını, İsa bulağını, Yuxarı Gövhər Ağa məscidini, ev-muzeyinə ziyarət ediblər. Qeyd edək ki, “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri milli-mənəvi irs və vətənpərvərlikdir. Bununla əlaqədar “Nar” daimşəhid ailələri və qazilərə xüsusi diqqət yetirir, eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrə dəstək verir. Mobil operatorun dəstək olduğu sosial layihələr haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта