RU

“Gürcüstanı xəritədən silməyə çalışırlar” – İvanişvili

Gürcüstanı müharibə əzabına sürükləməyə çalışırlar. Səhv etməyə haqqımız yoxdur”.

Medianews.az xəbər verir ki, bu barədə Gürcüstanın hakim partiyasının qurucusu Bidzina İvanişvili bildirib.

Onun sözlərinə görə, xarici düşmən qüvvələr və müxalifət Gürcüstanı xəritədən silməyə çalışırlar.

“Bu gün hər kəs açıq şəkildə görür ki, bu radikal qüvvə, onun ətrafında cəmləşmiş siyasi qeyri-hökumət və media qurumları xarici maraqları güdür. Eyni zamanda ölkəni müharibə əzabına sürükləməyə çalışırlar. Səhv etməyə haqqımız yoxdur.

Gürcüstanla düşmənçilik edən qüvvələr yerli agentlərin köməyi ilə ölkəni xəritədən silmək niyyətindədirlər. Bu halda, 2008-ci il münaqişəsi yavaş-yavaş görünəcək”, – İvanişvili deyib.

Ayşən

Избранный
9
medianews.az

1Источники