Hindistanda bir kişi ona xəyanət edən arvadını və onun sevgilisini dirəyə bağlayaraq döyüb.
Medianews.az xəbər verir ki, sözügedən hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.
Videonu hindistanlı hüquq müdafiəçisi Kundan Srivastava paylaşıb. Srivastava bildirib ki, adamın hərəkətlərini müdafiə etməyə çalışan insanların sayı onu təəccübləndirib.
Polisin hadisəni araşdırıb-araşdırmadığı bəlli deyil. İddialara görə, qadının ləhcəsindən hadisənin Hindistanın şərqindəki Bihar əyalətində baş verə anlaşılıb.
Sözügedən hadisənin görüntülərini təqdim edirik.
Medianews.az