"Neftçi" Misli premyer-liqasının 8-ci turunda da qələbəyə həsrət qaldı. Daha doğrusu, "ağ-qaralar" dünən "doğma divarlar" arasında "Sumqayıt"ı məğlub edə bilmədi.
"Football-plus.az"ın əldə etdiyi məlumata görə, oyundan sonra klubdaxili iclas keçirib.
Rəhbərliyin və baş məşqçinin iştirakıyla baş tutan toplantıda Roman Qriqorçuk "Kəpəz"lə matçda qələbə qazanılmayacağı təqdirdə istefa verəcəyini bildirib. Ukraynalı mütəxəssis psixoloji cəhətdən yorğun olduğunu, sonuncu pillədə qərarlaşan komandaya uduzsa, kollektivi növbəti oyunlara kökləyə bilməyəcəyini dilə gətirib.
Qeyd edək ki, "Neftçi" 5 xalla turnir cədvəlinin 8-ci pilləsindədi.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта