Biz artıq çətin dövrdə yaşayırıq. Urbanizasiyanın artması, iqlim dəyişikliyi bizdən fərqli həllər tələb edir”.
APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “Şəhərlər/Urbanizasiya olunmuş mühitlər” panelində çıxışı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, biz şəhərləri gələcəkdə də dayanıqlı şəhər kimi dizayn etməliyik: “70% emissiyalar şəhərlərdə yaranır. Biz şəhərləri elə qurmalıyıq ki, onlar daha səmərəli olsunlar. İqlim dəyişikliyinə dayanıqlı olan şəhərsalma Azərbaycanda əsas prioritet sahələrdən biridir. Bakının Baş Planı-2040-cı il Azərbaycan üçün bir nümunə kimi götürülə bilər. Dayanıqlı urbanizasiya ilə bağlı təkliflər artıq irəli sürülüb. Burada çoxlu multisektor yanaşmalar əks olunub. Burada müxtəlif sektorlar arasında əməkdaşlıq əsas götürülür. Dövlət Komitəsi olaraq ətraf mühit və rəqəmsallaşma ilə bağlı yeni standartlar qəbul olunub. iPCC ilə birlikdə biz artıq Yaşıl Bina təşəbbüsünə başlamışıq. Bir sıra tikinti şirkətləri artıq bununla bağlı öhdəlik götürüb. Azad edilmiş ərazilərdə artıq 0 tullantı ideyası tətbiq edilir. Şəhərin sağlamlığı təkcə onun infrastrukturundan asılı deyil, eyni zamanda onun iqtisadiyyatından, sakinlərin həyat səviyyəsindən asılıdır”.