RU

Füzulidə 476 hektar ərazidə ağıllı kənd qurulacaq

Füzulidə 476 hektar ərazidə ağıllı kənd qurulacaq. Bunu Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH)  çərçivəsində "Şəhərlər/Urbanizasiya olunmuş mühitlər” panelində çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

"Dünya üçün maraqlı bir model yaratmaq istəyirik.  Şəhərlərimiz daha funksional əraziyə çevrilməlidir. Adətən inksluzlizivliyi unuduruq. Heç bir əraziləri tarixə görə deyil gələcək nəzərə almaqla qurmaq lazımdır. iqlim dəyişliyinə dözümlü şəhərlər tikirik. Milli və beynəxalq tərəfdaşlarla birgə effektli əməkdaşlıq edirik. Yeni binalar yaşıl tikintilərə əsaslanır. Suyun effektliyi üçün modellər hazırlayırıq. Dayanıqlı sistem yaratmağa çalışırıq. Torpaq islahatlarına yeni yanaşma öz töhfəsini göstərəcəyinə ümid edirik",- Hüseynov bildirib.

Ağdam, Füzuli və Xocavənd rayonlarının xüsusi nümayəndəsi söyləyib ki, Füzulinin Dövlətyarlı kəndində 476 hekrar ərazidə ağıllı kəmd layihəsi qurulur. Evlər tikiləcək. Xüsusi mexanizmlər yaradılacaq. Bu işdə dost ölkələrin dəstəyini alırıq. Amma artıq özəl sektorlar və vətəndaş cəmiyyəti bu proseslərə cəln olunmalıdır",- o söyləyib
 
Gülnar Nazimqızı

www.anews.az
Избранный
48
anews.az

1Источники