RU

Laçın və Ukraynanın İrpen şəhəri arasında qardaşlaşma sənədi imzalanıb

Azərbaycanın Laçın şəhəri ilə Ukraynanın İrpen şəhəri arasında qardaşlaşma haqqında sənəd imzalanıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” hesabında paylaşım edib. Diplomat bildirib ki, imzalanma mərasimi İrpenin meri Oleksandr Markuşinin Laçına səfəri çərçivəsində baş tutub.

Onun sözlərinə görə, bu addım regionlar arasındakı əməkdaşlıqda yeni səhifənin açılmasına səbəb olacaq.

Laçın
Избранный
48
11
apa.az

10Источники