RU

Bakıda COP29 çərçivəsində urbanizasiya, nəqliyyat və turizm üzrə müzakirələr aparılacaq

Bakı. Trend:

COP29 çərçivəsində Bakıda noyabrın 20-də urbanizasiya, nəqliyyatvə turizm sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması və"yaşıl" tendensiyaların müzakirə olunacağı xüsusi iclaslarkeçiriləcək.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinin sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsi (BakuClimate Action Week) çərçivəsində keçirilən Beynəlxalq Konfransdabildirib.

Onun sözlərinə görə, xüsusilə 20 noyabrda dayanıqlı tikinti vəistismar zamanı istixana qazı emissiyalarının azaldıldığı tikintimateriallarının istifadəsi ilə bağlı müzakirələr keçiriləcək.

“Bu il COP29 çərçivəsində dayanıqlı tikinti mövzusunda bir neçə"dəyirmi masa" keçirdik, burada tikinti, su təchizatı,tullantıların idarə olunması ilə bağlı məsələlər nəzərə alınmaqlaurbanizasiya mövzuları müzakirə olundu", - A.Quliyevxatırladıb.

O, Dövlət Komitəsinin “IFC” və “EBRD” ilə “Green Cities ActionPlan” çərçivəsində "Yaşıl şəhərlər" layihəsi üzrə məsləhətləşdiyinivurğulayıb.

"Şəhərlər dünyada istixana qazı emissiyalarının 17 faizinitəşkil edir. Bu problemin həlli üçün inklüzivlik və özəl sektorundaha çox iştirakı vacibdir", - o bildirib.

Onun sözlərinə görə, “yaşıl” texnologiyaların və infrastrukturuntətbiqi üçün hüquqi baza inkişaf edir, bu, xüsusən binalarda günəşpanellərinin quraşdırılması ilə bağlıdır.

“Bərpa olunan enerji mənbələri (BEM) Azərbaycanda yeni iqlimçağırışları nəzərə alınmaqla uzunmüddətli urbanizasiya planınadaxil edilir", - A.Quliyev qeyd edib.

O, həmçinin, Bakıda 18-22 may 2026-cı il tarixlərində DünyaŞəhər İnkişafı Forumu keçiriləcəyini xatırladıb.

Məqalədə:
Избранный
79
3
az.trend.az

4Источники