RU

Səfir erməniləri Livana getməməyə çağırdı

“Dost Livanda baş verən son hadisələr nəticəsində xəsarət alanlar arasında ermənilər yoxdur”.

“AzPolitika” xəbər verir ki bunu erməni mediasına Ermənistanın Livandakı səfiri Vaaqn Atabekyan bildirib.

“Beyrutdakı səfirlik öz səlahiyyətləri daxilində Ermənistan vətəndaşlarının problemlərini lazımi qaydada həll etmək üçün yerli hakimiyyət orqanları ilə, eləcə də lazım gəldikdə icma strukturları ilə daimi əlaqə saxlayır”, - diplomat əlavə edib.

Atabekyan qeyd edib ki, ermənilərin əsasən yaşadığı Livan icmaları ciddi təhlükə altında deyil, ona görə də hazırda təhlükəsizlik baxımından təxliyəyə ehtiyac yoxdur.

“Ümumiyyətlə, Livanda heç bir akkreditə olunmuş səfirlik bu günə qədər öz vətəndaşlarını təxliyə etməyib”, - o? qeyd edib.

Səfir bildirib ki, Livandakı səfirlik fövqəladə rejimdə işləyir, XİN-in qaynar xətti fəaliyyət göstərir.

“Səfirliyə müraciət edən və pasportu etibarsız olan Ermənistan vətəndaşlarına geri qayıtma şəhadətnaməsi pulsuz verilir. Fürsətdən istifadə edərək, biz bir daha Ermənistan vətəndaşlarını çox zərurət olmadıqda müvəqqəti olaraq Livana səfər etməməyə çağırırıq”, - Atabakyan vurğulayıb.

“AzPolitika.info”

Избранный
13
azpolitika.info

1Источники