Bu gün ölkə kubokunda 2024/25 mövsümünün püşkü atılıb.
"Football-plus.az" xəbər verir ki, yarışda 34 komanda iştirak edəcək. Onlardan 10-u Misli premyer-liqasının, 10-u 1-ci liqanın, 14-ü isə 2-ci liqanın təmsilçisidi.
Yarış 1-ci təsnifat mərhələsindən başlanacaq, qaliblər 2-ci təsnifata yüksələcək. Daha sonra yarış 1/8 finaldan davam etdiriləcək. Təsnifat mərhələləri və 1/8 final bir oyundan, 1/4, 1/2 final iki oyundan,final isə bir matçdan ibarət olacaq.