İran XİN SEPAH generalını öldürdüyünə görə İsraildən qisas alacağını deyib.Referans.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.Bildirilib ki, bu gün İranın xarici işlər naziri Abbas Əraqçı SEPAH-ın Qüds qanadının komandanının əməliyyat üzrə müavini general Abbas Nilfuruşanın ölümü ilə bağlı başsağlığı verib."Bu çirkin və qorxaq addım sionist rejim və onun məlum tərəfdarlarının terrorçu, cinayətkar mahiyyətinin növbəti nümunəsidir. İsrailin bu cinayəti heç vaxt cavabsız qalmayacaq", - deyə Əraqçı bəyan edib.İran XİN qeyd edib ki, diplomatik qurum bu addımları mühakimə etmək üçün bütün siyasi, diplomatik, hüquqi və beynəlxalq imkanlardan istifadə edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта