RU

“Payız-qış mövsümünə hazırlığa may ayından başlamışıq” - QURUM RƏSMİSİ AÇIQLADI

“Payız-qış mövsümünə hazırlığa artıq başlamışıq. Hər il ənənəvi olaraq may ayının 1-dən oktyabr ayının sonuna qədər payız-qış mövsümünə hazırlıq prosesi gedir. Noyabr ayının 15-dən etibarən isə qış rejiminə keçirik, buna görə də bütün işlər oktyabr ayının sonunda yekunlaşır”. Bu sözləri SİA-ya açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

O bildirib ki, payız-qış mövsümünə hazırlıq prosesində yeraltı xətlərin yerüstü dayaq nöqtlərinə qaldırılması, boru xətlərində problem yaranmış hissələrin yeniləri ilə əvəz olunması, boyama işləri, eyni zamanda yeni çəkilmiş və sonradan bərpa olunmuş hissələrin davamlılığının yoxlanılması kimi işlər həyata keçirilir: “Güman edirik ki, görülən bu işlərin nəticəsi olaraq “Azəriqaz” İstehsalat Birliyi xidmət sahəsi kimi çox nümunəvi xidmətin göstərilməsinə imkan qazanmış olacaq. Yenilənmiş boru xətləri və görülən digər işlər deməyə əsas verir ki, payız-qış aylarında abonentlərə mavi yanacağın verilməsi təmin olunacaq. Hazırlıq prosesi zamanı qazın verilməsində bəzən məcburi dayanmaların olması isə normal prosesdir və çox qısa zamanı əhatə edir”.

Müəllif: Səbinə Hüseynli
Избранный
50
sia.az

1Источники