RU

Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR

Son zamanlar sosial şəbəkələrdə tez-tez valideynləri tərəfindən fiziki zorakılığa məruz qalan azyaşlı uşaqların xəbərləri ilə rastlaşırıq. Bəs görəsən bir insanın öz doğma övladına şiddət göstərməsinin səbəbi nədir?Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, bunun səbəbi əslində valideynlərin bir-birilərinə olan aqressiyasıdır:"Valideynlərin övladlarına qarşı əsəbi olmasının səbəbi əslində bir-birilərinə olan aqressiyalarıdır. Onlar bir-birlərinə olan əsəblərini övladlarından çıxarırlar. Bəzi valideynlər evə sevgililərini gətirir və müəyyən münasibətlərə girirlər. Evdəki uşaq bu hadisənin şahidi olur. Bu zaman da istər valideynin, istərsə də yanındakının uşağa qarşı aqressiyası yaranır. Bu da fiziki və ya psixoloji şiddətlə nəticələnir. Belə hallar yolverilməzdir.Ailə daxilində yaşanan mənfi hadisələrə şahid olan uşaqlarda davranış pozuntuları və psixi problemlər yaranır. Valideynlərin göstərdiyi davranış və duyğular uşaqların emosional həyatlarının portretini yaradır. Xüsusilə də ailə daxilində yaşanan şiddət uşağın psixi sağlamlığına dərindən təsir edir. Şiddət ailə üzvləri arasında bir-birilərinə nəzarət etməyi əsas tutaraq, təhdid etməkdən öldürməyə, cinsi zorakılıqdan təhqir olunmağa kimi bir çox davranışı özündə əks etdirir.Ailələrdə məişət zorakılığı baş verən zaman qadının psixologiyası pozulur. O, bütün aqressiyasını övladına qarşı münasibətdə ortaya çıxarır. Əvvəlcə psixi zorakılıq ilə başlayır. "Atasısifət" , "nənəsisifət" , "bibisisifət" kimi xitablarla valideyn övladına psixoloji şiddət göstərir. Daha sonra isə yavaş-yavaş fiziki zorakılığa çevrilir. Fiziki şiddət görən uşaqlarda isə zamanla natamamlıq kompleksi, özünəinam və təşviş yaranmağa başlayır".

Избранный
45
dia-az.info

1Источники