Cari ilin 30 sentyabr tarixində “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin ənənəvi olaraq, hər il keçirilən Ümumi Yığıncağının iclası baş tutub. Görüşdə Birliyin üzvləri olan veteran və aktiv hakimlər iştirak ediblər.
Viral.az xəbər verir ki, iclası giriş sözü ilə açan birliyin sədri Gülağa Cabbarov iştirakçıları salamlayıb və birliyin cari ildə olan fəaliyyəti barədə məlumat verib. Birlik tərəfindən keçirilən görüşlər və seminarlar haqqında danışıb.
Gülağa Cabbarov futbol hakimliyimizdə olan müsbət məqamları qeyd edib və hakimlərimizin beynəlxalq arenada daha çox təyinat almalarını xüsusi vurğulayıb.
Son Yazılar:
- “Azərbaycan Futbol Hakimləri” təşkilatına yeni üzvlər qəbul olundu
- İranın Qumdan İsfahana, Şirazdan Təbrizədək inkişafı təmin olunacaq
- Məşhur futbolçu oteldə ölü TAPILDI
Daha sonra birliyin üzvləri növbəti dövr üçün fəaliyyət planı üzərində fikir mübadiləsi aparıblar. İştirakçıların fikirlərinə əsasən, birlik tərəfindən hakimliyin təbliği üçün tədbirlərin artırılması, əlamətdar hadisələrin qeyd edilməsi və azarkeşlər arasında futbol oyun qaydaları ilə bağlı maarifləndirmənin aparılmasına ehtiyac vardır.
Sonda birliyin üzvlüyünə müraciət etmiş yeni şəxslərin üzvlüyü təsdiq olunub.
Qeyd edək ki, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi 2003-cü ildən fəaliyyət göstərir və AFFA-nın üzv təşkilatıdır. Təşkilatın məqsədi futbol hakimliyinin və futbol oyun qaydalarının bütün üsul və vasitələrlə təbliği və inkişafına kömək etməkdən ibarətdir.
SEVİNC