RU

Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib

İran Prezidenti Məsud Pezeşkian Rusiyanın Baş naziri Mixail Mişustini qəbul edib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, M.Mişustin Rusiya-İran münasibətlərinin müxtəlif sahələrdə böyük perspektivlərə malik olduğunu qeyd edib.

“7 ay ərzində ticarət dövriyyəmizin 6,5 faiz artmasına baxmayaraq, hesab edirəm ki, Rusiya ilə İran arasında enerji, nəqliyyat, sənaye, ticarət, mədəni və humanitar əlaqələr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var”, – o bildirib.

Baş nazirin sözlərinə görə, həmin gün İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə danışıqlar zamanı hər iki ölkəni maraqlandıran məsələlər müzakirə edilib.

M.Mişustin qeyd edib ki, İrandan nəqliyyat qovşağı kimi istifadə imkanları nəzərdən keçirilib.

Избранный
29
4
missiya.az

10Источники