RU

"Google" və "Samsung" ABŞ-də məhkəməyə veriildi

Məşhur "Fortnite" video oyununun inkişaf etdiricisi olan "Epic Games" ABŞ-ın Kaliforniya ştatında federal məhkəməyə müraciət ünvanlayıb.  Şirkət "Google" və "Samsung"u Android platformasında alternativ tətbiq mağazalarını məhdudlaşdırmaq üçün sövdələşmədə ittiham edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Epic" şirkəti iddia edir ki, "Samsung"un "Avtobloklama" adlı təhlükəsizlik funksiyası istifadəçiləri "Play Store" və "Samsung Galaxy Store"dən kənarda tətbiqləri yükləmək imkanlarını məhdudlaşdırmaq məqsədi ilə hazırlanıb.

Bununla da "Samsung" və "Google" ABŞ-nin antimonopoliya qanunlarını pozaraq istehlakçıların seçimlərini məhdudlaşdırır və tətbiqlərin qiymətini aşağı sala biləcək rəqabətə mane olurlar.

"Epic"in baş direktoru Tim Sveney bildirib ki, bu vəziyyət "ədalətsiz rəqabət" nümunəsi kimi qiymətləndirilməlidir. Çünki istifadəçilər üçün belə təsəvvür formalaşdırılır ki, digər rəqiblərin məhsulları "Google" və "Samsung"un məhsullarından geri qalırlar. 

"Google" bu məsələyə şərh verməyib. "Samsung" isə "Epic Games"in əsassız iddialarına qarşı qətiyyətlə mübarizə aparacağını bəyan edib. "Samsung"un sözlərinə görə, təhlükəsizlik funksiyaları şirkətin əsas təhlükəsizlik, məxfilik və istifadəçi nəzarəti prinsiplərinə uyğun hazırlanıb və istifadəçilər istənilən vaxt avtomatik bloklamanı söndürmək imkanına malikdir.

Избранный
80
iqtisadiyyat.az

1Источники