RU

Bakıda COP29 çərçivəsində urbanizasiya, nəqliyyat və turizm üzrə müzakirələr aparılacaq

COP29 çərçivəsində Bakıda noyabrın 20-də urbanizasiya, nəqliyyat və turizm sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması və "yaşıl" tendensiyaların müzakirə olunacağı xüsusi iclaslar keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week) çərçivəsində keçirilən Beynəlxalq Konfransda bildirib.

Onun sözlərinə görə, xüsusilə 20 noyabrda dayanıqlı tikinti və istismar zamanı istixana qazı emissiyalarının azaldıldığı tikinti materiallarının istifadəsi ilə bağlı müzakirələr keçiriləcək.

“Bu il COP29 çərçivəsində dayanıqlı tikinti mövzusunda bir neçə "dəyirmi masa" keçirdik, burada tikinti, su təchizatı, tullantıların idarə olunması ilə bağlı məsələlər nəzərə alınmaqla urbanizasiya mövzuları müzakirə olundu", - A.Quliyev xatırladıb.

O, Dövlət Komitəsinin “IFC” və “EBRD” ilə “Green Cities Action Plan” çərçivəsində "Yaşıl şəhərlər" layihəsi üzrə məsləhətləşdiyini vurğulayıb.

"Şəhərlər dünyada istixana qazı emissiyalarının 17 faizini təşkil edir. Bu problemin həlli üçün inklüzivlik və özəl sektorun daha çox iştirakı vacibdir", - o bildirib.

Onun sözlərinə görə, “yaşıl” texnologiyaların və infrastrukturun tətbiqi üçün hüquqi baza inkişaf edir, bu, xüsusən binalarda günəş panellərinin quraşdırılması ilə bağlıdır.

“Bərpa olunan enerji mənbələri (BEM) Azərbaycanda yeni iqlim çağırışları nəzərə alınmaqla uzunmüddətli urbanizasiya planına daxil edilir", - A.Quliyev qeyd edib.

O, həmçinin, Bakıda 18-22 may 2026-cı il tarixlərində Dünya Şəhər İnkişafı Forumu keçiriləcəyini xatırladıb.

Избранный
51
3
ekologiya.az

4Источники