İsrail ordusunun Qəzza zolağına 2023-cü ilin 7 oktyabrdan etibarən etdiyi hücumlar nəticəsində həlak olanların sayı 41.615-ə yüksəlib.
Qəzzadaki Səhiyyə Nazirliyindən verilən məlumatda İsrailin 360 gündür davam edən hücumlarına dair məlumat paylaşılıb.
Son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrinə edilən hücumlarda daha 20 fələstinlinin həyatını itirdiyi, 108-nin isə yaralandığı bildirilib.
İsrailin bu zaman ərzində etdiyi hücumlarda yaralıların sayının isə 96.359-a çıxdığı qeyd edilib.
Açıqlamada hələ də dağıntı altında və yol kənarlarında ölülərin olduğu, lakin İsrail qüvvələrinin maneələri səbəbindən tibbi yardım komandaları ilə mülki müdafiə işçilərinin meyitlərə müdaxilə edə bilmədiyi deyilib.