RU

Dele Alli İtaliyada oynaya bilər

"Everton"dan ayrıldıqdan sonra klubsuz olan Dele Alli karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Cenoa" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyası təmsilçisi 28 yaşlı ön xətt oyunçusunun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Dele Alli 2023/2024 mövsümündə zədəli olduğu üçün "Everton"un heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

saytlarin hazirlanmasi

Избранный
16
sportal.az

1Источники