RU

ABŞ-da “Helen” qasırğası: 90 nəfərin ölüb, təxminən 3 milyon insan elektriksiz qalıb

ABŞ-ın cənub-şərq sahillərini bürüyən “Helen” qasırğası ən azı 90 nəfərin ölümünə və geniş dağıntılara səbəb olub.
 

Sfera.az xəbər verir ki, ən çox zərər çəkən ştatlar Şimali və Cənubi Karolina, Corciya və Florida olub.


Dağıdıcı qasırğa Amerikanın bir sıra ştatlarını bürüyüb. Təbii fəlakət artıq “tarixi ölçüdə fəlakət” adlandırılıb, vurduğu itkilər yüz milyard dollara çata bilər.
 

Təbii fəlakət genişmiqyaslı daşqınlara səbəb olub, yollar və körpülər də daxil olmaqla infrastrukturu dağıdıb. Zədələnmiş mobil telefon qüllələri səbəbindən yüzlərlə insan ailələri ilə əlaqə saxlamaq imkanından məhrum olub və itkin düşmüş hesab edilib.
 

Mütəxəssislər və sığorta şirkətləri itkilərin 15 milyard dollardan 100 milyard dollara qədər ola biləcəyini təxmin edirlər, çünki su təchizatı, rabitə və mühüm nəqliyyat marşrutları ciddi zədələnib.


Şimali Karolina ştatının Şerif 30 nəfərin öldüyünü bildirib. Ştat qubernatoru Roy Kuper vəziyyəti “tarixi ölçüdə fəlakət” adlandırıb.
 

Kuper qeyd edib ki, başqa 19 ştatdan olan qruplar axtarış və xilasetmə işlərinə kömək etmək üçün Şimali Karolinaya gəlib.
 

ABŞ Energetika Nazirliyinin məlumatına görə, bazar günü Cənubda təxminən 2,7 milyon insan işıqsız qalıb ki, bu da cümə gününə nisbətən 40% azdır.
 

Cənubi Karolinada 25, Corciyada 17, Floridada isə 11 nəfər ölüb. Hakimiyyət qurbanların sayının arta biləcəyindən ehtiyat edir.


KİV-in məlumatına görə, sürəti saatda 225 kilometrə çatan “Helen” qasırğası cümə axşamı Floridada başlayıb. Buradan, sürətlə Corciyaya keçib. Qasırğanın təsirləri bomba partlayışı ilə müqayisə edilir.
 

Qeyd edək ki, “Helen” qasırğası 4-cü kateqoriyadır, ikinci ən güclü qasırğa hesab olunur.
 

ABŞ prezidenti Co Bayden yeddi ştatda fövqəladə vəziyyət elan edib və federal yardım vədi verib. O, yaxın vaxtlarda zərər çəkmiş rayonlara səfər etməyi planlaşdırır.
 

Vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris, qasırğaya reaksiya ilə bağlı Vaşinqtonda brifinqlərdə iştirak etmək üçün bazar ertəsi Nevada ştatına kampaniya səfərini dayandırmağı planlaşdırırır.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp da zərər çəkmiş bölgələrə səfər edəcəyini açıqlayıb.


Aysel

Sfera.az

Избранный
86
sfera.az

1Источники