RU

Məmmədyarov rapiddə 16-cıdır

Klassik reytinqin ardınca Beynəlxalq Şahmat Federasiyası oktyabrın 1-nə rapid və blits üzrə reytinq cədvəlləri dərc edib.

İdman.biz xəbər verir ki, Azərbaycan qrossmeysterləri arasında rapiddə ən yaxşı göstərici Şəhriyar Məmmədyarovdadır.

O, 16-cı (2733), Teymur Rəcəbov (2677) isə 31-ci yerdə qərarlaşıb.

Rapiddə reytinqə Maqnus Karlsen (Norveç, 2834), çinli Vey Yi (2782) və Dinq Liren (2776) başçılıq edir.

Eyni zamanda, blitsdə Məmmədyarov 26-cı (2705), Eltac Səfərli (2665) 45-ci, Rəcəbov (2663) isə 46-cı yerdədir. Rauf Məmmədov 71-ci (2629), Aydın Süleymanlı isə 99-cu mövqedədir (2608).

Blits üzrə də lider Karlsendir (2888). Alireza Firuzja (Fransa, 2871) ikincidir, Hikaru Nakamura (ABŞ, 2860) isə ilk üçlüyü tamamlayır.

İdman.biz

Избранный
22
1
idman.biz

2Источники