RU

Şəhriyar Məmmədyarov FIDE reytinqində GERİLƏDİ

FİDE şahmatçıların oktyabr ayı üçün dünya reytinqini dərc edib.

"Unikal" xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.

Bir pillə geriləyən qrosmeysterimiz 2733 xalla 18-ci pillədə qərarlaşıb. Teymur Rəcəbov (2700) 31-ci pillədə qalıb. 10 pillə irəliləyən Rauf Məmmədov (2643) 90-cı pillədə yer alıb. 2637 xalı olan Aydın Süleymanlı isə 100-cü yerə yüksəlib.

Cədvələ 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edib.

Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. O, bir pillə geriləyib və 2426 xalla 34-cüdür.
yeri tutub. 8 pillə irəliləyən Gövhər Beydullayeva (2402) 45-ci, bir addım irəliləyən Ülviyyə Fətəliyeva (2383) isə 67-ci pillələrdə qərarlaşıb. Xanım Balacayeva (2362) 21 pillə geriləyərək 83-cü olub.

Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.

Избранный
59
1
unikal.az

8Источники