Sabahdan Azərbaycan paytaxtında 60 nömrəli müntəzəm marşrut xətti "BakuBus” MMC-nin istismarında olacaq.
Bu barədə Qaynarinfo-ya şirkətdən məlumat verilib.
Xatırladaq ki, sözügedən marşrut xətti Bakının Xətai rayonunun Polad Həşimov küçəsi ilə metronun "Koroğlu” stansiyasını birləşdirir.
Bundan başqa, sabahdan "Koroğlu” metrostansiyası ilə Sabunçu rayonunun Bilgəh qəsəbəsini birləşdirən 171 nömrəli müntəzəm marşrut xətti dəyişdirilərək 150 nömrəli marşrut xətti kimi "BakuBus”un istismarında olacaq.