RU

Heydər Əliyevin ən böyük vəsiyyəti həyata keçdi - Slutski

Azərbaycanın mədəniyyət mərkəzi Şuşada olmaq mənim çoxdankı arzumun həyata keçməsi baxımından əlamətdar oldu. Deyə bilərəm ki, Qarabağ bölgəsi inanılmaz templərlə bərpa olunur. Artıq Füzulidə və Zəngilanda çox gözəl beynəlxalq aeroportlar var, üçüncü hava limanı sürətlə tikilir. Bu gün Şuşa möhtəşəm tikinti meydançasını xatırladır, tarixi obyektlər bərpa olunur. Mən Şuşada olduğum üçün xoşbəxtəm. Bütün bunlar mənim üçün çox əlamətdar oldu. Ona görə də səfərə xüsusi olaraq bir gün əvvəl gəldim.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutskini Prezident İlham Əliyevlə görüşdə deyib. “Qarabağın Azərbaycanın tərkibinə qayıtması ilə nəticələnən antiterror əməliyyatının uğurlarının ən azından bir hissəsini öz adına çıxan bəzi region ölkələrinə münasibətdə xüsusi bir məqamı da qeyd etmək istəyirəm, - bununla yanaşı, milli miqyasda yoxsulluqla mübarizə üzrə strategiya uğurla hazırlanandan sonra Azərbaycan enerji cəhətdən müstəqil ölkə oldu, Sizin dahi atanızın, müasir Azərbaycan dövlətinin banisi, bizim də Rusiyada xatirəsini əziz tutduğumuz Heydər Əlirza oğlu Əliyevin bəlkə də ən böyük vəsiyyəti həyata keçdi. Ənənəyə uyğun olaraq, bu gün Moskvaya uçmazdan əvvəl mütləq onun məzarını ziyarət edəcəyəm, - burada mən Qarabağın qaytarılmasını nəzərdə tuturam. Bu məsələdə Azərbaycandan, Azərbaycan rəhbərliyindən, Azərbaycan xalqından, Azərbaycan Silahlı Qüvvələrindən başqa heç bir ölkənin hər hansı bir xidməti yoxdur. Bu, mühüm milli məsələ olmaqla yanaşı, Cənubi Qafqazda sabitlik, uğurla həll edilən tarixi vəzifədir”, - o bildirib.
O qeyd edib ki, bəzilərinin Qarabağın tezliklə azad ediləcəyinə inanmadığı kimi, bu gün də kimsə bir neçə ildən sonra Qarabağda nələrin yaradılacağını təsəvvür etmir:

“Amma mən öz gözlərimlə gördüm ki, bu bölgə yenidən çiçəklənəcək, bərəkətli torpaqlara çevriləcək və Rusiya ilə Azərbaycanın mühüm infrastruktur şirkətləri də daxil olmaqla, əziz İlham Heydər oğlu, Sizin də müasir Azərbaycanın rəhbəri vəzifəsində çoxillik fəaliyyətinizi həsr etdiyiniz insanların rifahı naminə Qarabağda yeni infrastruktur layihələri həyata keçiriləcək”.

Избранный
92
5
buta.tv

6Источники