Aşıq Əli Tapdıqoğlu və aparıcı Aytəkin Mərdanova barışıb.
OLAY yazır ki, Aşıq Əli Aytəkinin aparıcısı olduğu verilişə gəlib. Uzun müddətdir danışmayan məşhurlar canlı yayımda küsülülüklərini bitiriblər.
Aparıcı aşığa “Barışdıqmı” sualını ünvanlayıb.
Ə. Tapdıqoğlu isə “Xanımdan küsmərəm, dostumsan. İki əmiqızının (aşıq Samirə Əliyeva və Aytəkini nəzərdə tutur - red.) əlində qalmışam. Nə edim?” cavabını verib.