RU

"Çelsi" "Qalatasaray"ın hücumçusu üçün yenə cəhd edəcək

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" müqavilə ilə "Napoli"yə məxsus olan nigeriyalı forvardı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London klubu mövsümün əvvəlində heyətinə qatama bilmədiyi futbolçunu transfer etmək üçün gələn yay yenidən cəhd göstərəcək.

Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni mövsümün sonuna kimi icarəyə götürüb. Nigeriya millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
16
sportal.az

1Источники