RU

Beynəlxalq  ekoloji savaş ölkələrarası mübarizə deyil

Qərbdəki bədxahlarımız bunu anlamaq istəmirlər

İqlim konfransının başlayacağı vaxt yaxınlaşdıqca Qərb mediasının ölkəmizə qarşı qarayaxma kampaniyası da güclənir, əks-təbliğatın miqyası genişlənir.  Bəs dezinformasiya və yalan məlumatların yayılmasında müşahidə olunan canfəşanlığın səbəbi nə ilə bağlıdır? COP29 Təşkilat Komitəsinin üzvü, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundovanın fikrincə, Qərb dairələrinin COP29 ərəfəsində ölkəmizə qarşı gücləndirdiyi “qara piar” kampaniyası, ilk növbədə, geosiyasi təsirlərlə əlaqədardır. 

Çünki bəzi Qərb dövlətlərində Azərbaycanın strateji mövqeyi, enerji resursları və regional siyasətdəki roluna qısqanc  yanaşma müşahidə edilir. Elə buna görə də həmin kampaniyalar geosiyasi mübarizənin bir hissəsinə çevrilir. Digər tərəfdən,  Qərbin müəyyən dairələrində insan haqları və demokratik prinsiplərin qorunması məsələlərində Azərbaycana qarşı qərəzli, ədalətsiz  yanaşma sərgilənir. Bu, ölkəmizin imicini zədələmək və beynəlxalq aləmdə müsbət təsirini azaltmaq məqsədi güdür.

Məlumdur ki, COP29-da əsas məsələ iqlim dəyişikliyi ilə bağlıdır. Azərbaycanın rolu və öhdəlikləri ətraf mühit siyasəti ilə bağlı müzakirələrin mərkəzindədir. Bəzi dairələrdə respublikamızın  bu müzakirələrdəki iştirakını zəiflətmək üçün qara piar kampaniyalarına üstünlük verilir.  Bu cür şəraitdə respublikamızın öz siyasi və iqtisadi maraqlarını qorumaq üçün strateji cavablar hazırlaması mühüm önəm daşıyır.  

G.Axundovanın sözlərinə görə, 2020-ci ilədək müəyyənləşdirilmiş 100 milyard ABŞ dolları iqlim dəyişikliyinin qarşısını almaq üçün nəzərdə tutulmuş bir məqsəd olsa da, bu məbləğin yetərli olub-olmaması mübahisəlidir. Bu məsələyə isə bir neçə aspektdən yanaşmaq zəruridir. Belə ki, 100 milyard ABŞ dolları  iqlim dəyişikliyinin təsirlərini azaltmaq, dayanıqlı inkişafı təmin etmək və enerji keçidini dəstəkləmək üçün lazımi maliyyə ehtiyaclarının yalnız bir hissəsini əhatə edə bilər. Beynəlxalq təşkilatların və ekspertlərin hesabatlarında isə həmin məbləğin əhəmiyyətli dərəcədə artırılması vurğulanır. 

İnkişaf etmiş ölkələr iqlim dəyişikliyi ilə mübarizədə maliyyə dəstəyi verməyə maraqlı ola bilərlər, çünki bu, onların beynəlxalq imicini yaxşılaşdırır və iqlim probleminin qlobal təsirlərinin azalmasına kömək edir. Lakin iqtisadi resursların bölgüsü, siyasi və iqtisadi prioritetlər baxımından hər bir ölkə üçün fərqli yanaşmalar ortaya çıxa bilər. Qərb ölkələrinin iqlim maliyyəsi ilə bağlı öhdəliklərini yerinə yetirib-yetirməyəcəyi siyasi iradəyə, iqtisadi vəziyyətə və qlobal iqlim dəyişikliyi  ilə mübarizə kontekstində yaranan yeni şərtlərə, həm də yerli və beynəlxalq siyasətçilərin və cəmiyyətlərin təzyiqlərinə bağlıdır.

G.Axundova əlavə edib ki, 100 milyard ABŞ dollarının ayrılması, Qlobal İqlim Maliyyəsi kimi platformalar vasitəsilə həyata keçirilməlidir: “Bu platformaların səmərəliliyi ölkələrin öhdəliklərini yerinə yetirməkdə nə dərəcədə fəal olmaları ilə  bağlıdır. Bunları nəzərə alsaq, nəticə etibarilə, 100 milyard ABŞ dolları iqlim dəyişikliyinin qarşısını almaq üçün kifayət etməyə bilər, lakin bu, əhəmiyyətli bir başlanğıcdır. İnkişaf etmiş ölkələrin bu məbləği artırmaqda maraqlı olması  iqlim ədalətinin təmin edilməsi və qlobal əməkdaşlığın gücləndirilməsi üçün vacibdir. Qərbin öhdəliklərini yerinə yetirib-yetirməyəcəyini isə gələcək müzakirələr və siyasi iradə göstərəcək”.

Избранный
81
3
xalqqazeti.az

10Источники