İsrail Müdafiə Qüvvələri Livanda xüsusi təyinatlıların da iştirak etdiyi kiçik quru missiyalarını əhatə edən kəşfiyyat əməliyyatlarına başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Bildirilir ki, İsrail 5-ə yaxın briqada yerləşdirsə də, onların hamısının Livan sərhədini keçməsi gözlənilmir.
***
İsrailin “Ynet” portalı xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin tankları Livanın cənubundakı Rmeiş kəndinə daxil olub.
Nəşr hələlik Livan kəndinin işğalı ilə bağlı heç bir təfərrüat verməyib.