Ən son mövcud məlumatlara görə, Avropa İttifaqında 2022-ci ildə doğulanların sayı 1960-cı ildən bəri ən aşağı səviyyəyə düşüb.İndex.az xəbər verir ki, həmin il Aİ-də cəmi 3,88 milyon körpə doğulub və ilk dəfə olaraq 4 milyondan aşağı düşüb.Aİ-nin statistik ofisi “Eurostat”ın məlumatına görə, 2022-ci ildə doğulanların sayını əks etdirən doğuş nisbəti Fransada 1,79, Maltada isə 1,08 olub ki, bu da Aİ daxilində əhəmiyyətli fərqlər göstərir.Doğuş nisbətlərində ən əhəmiyyətli azalmalar İrlandiya və Finlandiyada qeydə alınıb. Bu ölkələrin hər birində 20%-dən çox azalma müşahidə olunub.Bütövlükdə Aİ ortalaması 1,46 olaraq təyin olunub. Avropa Azad Ticarət Assosiasiyası (EFTA), Böyük Britaniya və Aİ-yə namizəd ölkələr də daxil edildikdə, nisbət bir qədər yüksəlib. Məsələn, Gürcüstan (1,83) və Moldova (1,81) Fransadan daha yüksək göstəricilər bildirib.Ən yüksək doğum nisbəti Aralıq dənizi ölkəsi olan Fransada, Malta (1,08), İspaniya (1,16), İtaliya (1,24), Yunanıstan (1,32) və Kipr (1,37) kimi digər Aralıq dənizi ölkələrində isə əhəmiyyətli dərəcədə aşağı göstəricilər müşahidə olunub.Rumıniya (1,71), Türkiyə (1,63), İngiltərə (1,56), Almaniya (1,46) və Finlandiya (1,32) kimi ölkələrdə də məhsuldarlıq göstəriciləri bir qədər yüksək qeydə alınıb.
Facebook-da paylaş
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта