RU

Avropa Cüdo İttifaqı Kənan Nəsibovu da fərqləndirib

Avropa Cüdo İttifaqı (EJU) sabah Düşənbədə (Tacikistan) başlayacaq yeniyetmələrin dünya çempionatında +100 kq çəki dərəcəsində Kənan Nəsibovun medala iddialılardan biri kimi qeyd edib.

İdman.biz xəbər verir ki, qurum Azərbaycan idmançısının bu yaxınlarda Tallində keçirilən yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazandığı kimi, yenidən fəxri kürsüyə çıxmaq iqtidarında olduğunu hesab edir.

"Kişilər arasında +100 kq çəki dərəcəsində bir ad dərhal seçilir - İbrahim Tataroğlu. Türkiyəli yeniyetmə bu il Olimpiya oyunlarında debüt etdi və tarixdəki yerini möhkəmləndirdi. Lakin o, gənclər səviyyəsində yarışlarda iştirak naminə çıxış etmir, belə ki, Tallində Avropa çempionu tituluna da yiyələnib.

Keçən il dünya çempionatının gümüşünü indi Düşənbədə qızıla çevirməyə çalışacaq. Lider kanadalı Con Messe A Bessonq olsa da, bu kateqoriyada Asiya təmsilçiləri də güclüdür. Amma Avropa medalçıları - azərbaycanlı Kənan Nəsibov, David Kevlişvili (Gürcüstan) və Mortaza Suxanın (Almaniya) da bu böyük çempionatda medal yarışını davam etdirmək şansları bərabərdir”.

İdman.biz

Избранный
56
idman.biz

1Источники