RU

Siqeru İsiba Yaponiyanın Baş naziri seçilib

Siqeru

Pekin, 1 oktyabr, AZƏRTAC

Hakim Liberal Demokratik Partiyanın (LDP) sədri Siqeru İsiba Yaponiyanın Baş naziri olub.

AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də Yaponiya parlamentinin hər iki palatasında keçirilmiş səsvermənin nəticələrinə əsasən o, bu posta seçilib. Beləliklə Siqeru İsiba Yaponiyanın sayca 101-ci Baş naziri olub.

Yaxın saatlarda yeni Baş nazirin hökumətin yeni tərkibini elan edəcəyi gözlənilir.

Qeyd edək ki, Siqeru İsiba F.Kişidanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar sentyabrın 27-də keçirilən seçkilərdə LDP-nin sədri vəzifəsinə gəlib. Oktaybrın 1-də səhər saatlarında sabiq Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
49
6
azertag.az

7Источники