RU

Elçin Məsiyev Konfrans Liqası matçına təyinat alıb

FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turunda keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) oyununa təyinat alıb.

Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ona meydanda Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Benua Miyo olacaq.

Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Gimnastlarımız Sankt-Peterburqda 4 medal qazanıblar

PFL rəsmisi: "Superkubok aktual müzakirə mövzusu deyil"

Millimiz Gürcüstana məğlub olub

Sənan Abdullayev: "Bu mövsüm də heç bir sponsorla anlaşa bilməmişik"

Azərbaycan kubokunda cari mövsümün püşkü atılıb - YENİLƏNİB

Избранный
35
15
apasport.az

10Источники