RU

Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır

Nüfuzlu araşdırma portallarından olan “Numbeo” 97 ölkə üzrə mobil telefon istifadəçiləri bir ay ərzində danışıq və 10 GB-dan çox internet üçün mobil operatorlara xərclənən vəsaitin həcmini açıqlayıb.

FED.az xəbər verir ki, portalın araşdırmasına görə ən yüksək qiymət  56,59 dollar (96,20) manatla Birləşmiş Ərəb Əmirliklərində, ən aşağı qiymət isə 2,30 dollar (3,92 manatla) İrandadır.

Portalda qeyd edilən rəqəmlərə görə Azərbaycanı region ölkələri arasında mobil telefon tariflərinin (danışıq və internet) ən baha olduğu ölkə hesab olunur. Belə ki, Azərbaycanda tariflər 12,59 dollar və ya 21,40 manat təşkil edir.

Şimal qonşumuzda, yəni Rusiyada qiymətlər  5,08 dollar (8,64 manat) civarındadır.

Digər qonşu ölkələrdə isə vəziyyət aşağıdakı kimidir.

Gürcüstan – 10,68 dollar (18,15 manat) 

Türkiyə - 9,01  dollar (15,31 manat) 
Qazaxıstan – 8,94 dollar (15,20 manat) 
Ermənistan – 8,81 dollar (14,98 manat) 

Özbəkistan -  3,89 dollar (6,62 manat) 

Избранный
71
fed.az

1Источники