RU

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək - Siyahı

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək - Siyahı




Xəbər verdiyimiz kimi, VII çağırış Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və onların müavinlərinin ardınca komitələrin üzvləri də seçilib. Dünən həm də parlamentarilərə deputat vəsiqələri təqdim olunub.AzFakt.com-un Modern.az-a istinadən məlumatına görə, yaxın günlərdə Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər də veriləcək.VII çağırış Milli Məclisinin 15 komitəsi formalaşdırılıb. Aşağıdakı deputatlar komitə sədrləri seçilib:- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Azər Əmiraslanov;- Elm və təhsil komitəsi - Anar İskəndərov;- Regional məsələlər komitəsi - Siyavuş Novruzov;- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Arzu Nağıyev;- İnsan hüquqları komitəsi - Zahid Oruc;- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Sadiq Qurbanov;- Aqrar siyasət komitəsi - Tahir Rzayev;- Əmək və sosial siyasət komitəsi - Musa Quliyev;- Mədəniyyət komitəsi - Polad Bülbüloğlu;- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Səməd Seyidov;- Səhiyyə komitəsi - Əhliman Əmiraslanov;- Ailə, qadın və uşaq məsələləri komitəsi - Hicran Hüseynova;- Gənclər və idman komitəsi - Şahin İsmayılov;- İctimai birliklər və dini qurumlar komitəsi - Fazil Mustafa;- Hüquq siyasəti və dövlət quruculuğu - Əli Hüseynli. Qeyd edək ki, VI çağırışda komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə ediblər. Bu çağırışda da onlara həmin markadan olan maşınlarla təmin olunacağı gözlənilir.




Xəbərin oxunma sayı :
112

Избранный
79
49
azfakt.com

10Источники