RU

İsrailin "domino daşı effekti" paylaşımı qorxuya səbəb olub - "Növbəti hədəf Xamenei ola bilər" + VİDEO

Məlum olduğu kimi, bu günlərdə Yaxın Şərqin ən güclü simalarından olan Hizbullah lideri Həsən Nəsrullah Beyrutda İsrailin təşkil etdiyi hərbi əməliyyat nəticəsində öldürülüb.

"AzPolitika" xəbər verir ki, hücumdan sonra İsrailin yayımladığı "domino daşları effekti" başlıqlı video böyük marağa səbəb olub. Belə ki, sözügedən videoda İsrail hücumları zamanı həlak olan bir sıra şəxslərin simaları domino daşlarının üzərində görünüb. Videonun sonunda bəzi daşların üzərinin boş olduğu, naməlum siluetlər yer alıb. Sosial şəbəkələrdə həmin şəxslərin kim ola biləcəyinə dair müxtəlif fikirlər irəli sürülüb.

Избранный
12
azpolitika.info

1Источники