RU

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək - SİYAHI

Xəbər verdiyimiz kimi, VII çağırış Milli Məclisin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və onların müavinlərinin ardınca komitələrin üzvləri də seçilib. Dünən həm də parlamentarilərə deputat vəsiqələri təqdim olunub.

Modern.az-ın məlumatına görə, yaxın günlərdə Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər də veriləcək.

VII çağırış Milli Məclisin 15 komitəsi formalaşdırılıb. Aşağıdakı deputatlar komitə sədrləri seçilib:

- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Azər Əmiraslanov;

- Elm və təhsil komitəsi - Anar İskəndərov;

- Regional məsələlər komitəsi - Siyavuş Novruzov;

- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Arzu Nağıyev;

- İnsan hüquqları komitəsi - Zahid Oruc;

- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Sadiq Qurbanov;

- Aqrar siyasət komitəsi - Tahir Rzayev;

- Əmək və sosial siyasət komitəsi - Musa Quliyev;

- Mədəniyyət komitəsi - Polad Bülbüloğlu;

- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Səməd Seyidov;

- Səhiyyə komitəsi - Əhliman Əmiraslanov;

- Ailə, qadın və uşaq məsələləri komitəsi - Hicran Hüseynova;

- Gənclər və idman komitəsi - Şahin İsmayılov;

- İctimai birliklər və dini qurumlar komitəsi - Fazil Mustafa;

- Hüquq siyasəti və dövlət quruculuğu - Əli Hüseynli.

Qeyd edək ki, VI çağırışda komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə ediblər. Bu çağırışda da onlara həmin markadan olan maşınlarla təmin olunacağı gözlənilir.

Избранный
7
49
korrespondent.az

10Источники