RU

“Qarabağ” – “Malmö” oyunu yunanlara tapşırıldı

Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Malmö” oyununun hakimləri bilinib. Matc.az xəbər verir ki, UEFA qarşılaşmaya yunanıstanlı referiləri göndərmək qərarına gəlib. Görüşdə ədaləti Anastasios Papapetru qoruyacaq. Ona Trifon Petropulos və Yordanis Aptosoqlu kömək edəcəklər. Aleksandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək. Angelos Evangelu VAR, Atanasios Tzilos AVAR olacaq. Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Malmö” matçı saat 20:45-də başlayacaq.

Избранный
10
matc.az

1Источники