“Kayserispor” klubunda baş məşqçi istefası reallaşıb.
İdmanxeber.az-ın məlumatına görə, Kayseri təmsilçisinin çalışdırıcısı Burak Yılmaz postundan gedib. O, “Beşiktaş”la ev oyununda (0:3) alınan darmadağından sonra tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Klub rəhbərliyi Burak Yılmazın istefa ərizəsinə müsbət yanaşıb.
Qeyd edək ki, komanda hazırda Süper Liqa 3 xalla 17-ci yeri tutur.