RU

Andres İnyesta futbolçu karyerasını başa vurdu

"Barselona" klubunun sabiq futbolçusu Andres İnyesta 40 yaşında futbolçu karyerasını bitirib.

hakimiyyet.az xəbər verir ki, sonuncu dəfə Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" klubunda çıxış edən İnyesta karyerasını bitirdiyini açıqlayıb.

40 yaşlı yarımmüdafiəçi karyerasına 1996-cı ildə "Barselona"nın futbol akademiyasında başlayıb və 2018-ci ilədək Kataloniya klubunda çıxış edib.

Qeyd edək ki, Andres İnyesta karyerası ərzində 885 oyunda meydana çıxıb 93 qol, 161 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
1
2
hakimiyyet.az

4Источники