RU

“Neftçi” Seneqal yığmasının hücumçusu ilə niyə rəsmi müqavilə imzalaya bilmir?

«Neftçi»nin Mussa Koneni heyətinə qatmağa hazırlaşmasını xəbər vermişik.

«Ağ-qaralar» qanalı legionerlə şəxsi müqavilə şərtlərini razılaşdırıb.

27 yaşlı hücumçu bakılılarla 2 illik müqavilə imzalamağa okey verib.

Amma… Kontraktın hələ də rəsmiləşməməsinin və ictimaiyyətə açıqlanmamasının bir «əmma»sı var.

Kone «DAK-1904»ün düşərgəsini tərk eləsə də, klubla bağlarını tam qopara bilməyib.

Slovakiya təmsilçisi sözləşməsi 2025-cü ilin ayında başa çatacaq forvardı pulsuz buraxmaqdan imtina edib. «Neftçi» isə bu problemi yoluna qoymağı qanalının özünə tapşırıb.

O, futbolda ilk addımlarını Seneqalda - Dakar Sakre-Kёrda başlayan hücumçu 2016-2018-ci illəri İsveçrədə keçirib,

«Sürix»in formasını geyinib. Daha sonra Almaniyaya yollanıb,

2 il Drezden «Dinamo»sunun uğurları üçün tər töküb. 2020-ci ildə Fransadan dəvət alıb,

3 mövsüm də «Nim»in şərəfini qoruyub. Həmin arada QASK-a icarəyə verilib və 1 il də Avstriyada qalıb.

Bu ilin əvvəlində isə Slovakiyaya üz tutub, «DAK-1904»lə anlaşıb.

Kone Konfrans Liqasının ikinci təsnifat mərhələsində «Zirə»nin rəqibi olmuş komandada cəmi 1 oyun keçirib.

Adıçəkilən forvard Seneqalın U-20 yığmasında 11 dəfə meydana çıxıb və 3 qol vurub.

SPORTİNFO.AZ

Избранный
50
sportinfo.az

1Источники