Yüksək hazırlıq vəziyyətində olan NATO silahlı qüvvələrinin sayı yarım milyon nəfərə çatıb.
Azpost.info xəbər verir ki, bu barədə Yens Stoltenberq Baş katib səlahiyyətlərinin Mark Rutteyə təhvil verilməsi mərasimində deyib.
Onun sözlərinə görə, təşkilat son 10 ildə böyük transformasiyaya məruz qalıb.
“Biz yarım milyona qədər hərbçini yüksək hazırlıq vəziyyətinə gətirmişik. Əvvəllər bu rəqəm minlərlə idi”, – Stoltenberq bildirib.
Azpost.info